XƏBƏRLƏR
Home » Gəncə Xəbərləri » “Gəncə Avtomobil Zavodu” İstehsalat birliyi bu il üçün istehsal planını açıqlayıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat birliyi bu il üçün istehsal planını açıqlayıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat birliyində bu il 1680 texnika istehsal ediləcək.

Bu barədə məlumatı Birliyin mətbuat xidmətindən veriblər. Məlumata görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 2013-cü ildə 800-ə yaxın müxtəlif model traktorların, 200 ədəd “MAZ” markalı maşınların yığılması nəzərdə tutulub. Məlumata görə zavodda cari mövsüm ərzində 650 ədəd 4-5 gövdəli kotanların, 30-a yaxın traktor qoşqusunun yığılması da planlaşdırılır.
Məlumata görə 2012-ci il ərzində ümumilikdə zavodda 599 ədəd Belarus markalı traktor, 161 ədəd “MAZ” avtomobili yığılıb. Ötən il 5 qartəmizləyən, 5 “ESU” markalı asfalt kəsən, 6 ədəd “DEM” markalı ekskavator, 37 ədəd qoşqu yığılaraq istifadəyə verilib. Həmçinin yola saldığımız ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində 412 ədəd 4 gövdəli kotan, 92 ədəd isə 5 gövdəli kotan istehsal olunub.

Vüsal Məmmədov

Bu material www.ganca.az saytından götürülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

*

Bu HTML etiketlrini və özəlliklərini işlədə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>